Şamaxı rayon Göylər kənd 2 saylı tam orta məktəbdə "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol idman növü üzrə məşğələ keçirildi.

Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, Şamaxı rayon Göylər kənd 2 saylı tam orta məktəb fiziki-tərbiyə müəllimi - Elçin Nəcəfovun rəhbərliyi altında voleybol idman növü haqqında ətraflı məlumatlar əldə etdilər.

Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.