
Şamaxıda voleybol üzrə nümunəvi çıxışlar
- 15 Apr 2025 17:22
- 46
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şamaxı rayon Şərədil kənd tam orta məktəbində voleybol idman növü üzrə nümunəvi çıxışlar keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmələrin voleybol idman növünə marağın artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və uşaqlarının voleybol bölmələrinə cəlb olunması idi.