“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, əyalət klubu Kamal Bayramovla müqavilə bağlayıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Bayramov son mövsümü "Turan Tovuz"da keçirib.