"Şamaxı"dan ayrılan məşqçi "İmişli"yə keçə bilər
- 27 Noy 2023 13:00
- 356
Son günlər "İmişli"nin baş məşqçisi Əsgər Abdullayevin istefasya gedəcəyi ilə bağlı fikirlər səngimək bilmir.
Rekord.az xəbər verir ki, bunun əsas səbəbi İmişli təmsilçisinin hələ də gözlənilən oyun və nəticəni ortaya qoya bilməməsidir.
Abdullayev gedəcəyi halda onun yerinə əsas namizəd də bəllidir. Bu, "Şamaxı"dan ayrılan Vüqar Əsgərovdu. Əldə etdiyimiz məlumata görə, "İmişli" təmsilçisi məhz Əsgərovu klubun baş məşqçisi kimi görmək istəyir.
Qeyd edək ki, "İmişli" hazırda 15 xalla I Liqanın 5-ci pilləsində qərarlaşıb. Komanda son turda evdə "Qaradağ Lökbatan"la bacarmayıb və matç 0:0 başa çatıb.