“Şamaxı”dan baş məşqçisi ilə bağlı yekun qərar
- 02 İyn 2024 19:45
- 228
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı" komandası baş məşqçisi Ramiz Məmmədovla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qərar klubun İdarə Heyətinin iclasında qəbul edilib.
Məmmədov "Şamaxı"da İdarə Heyətinin sədr müavini kimi vəzifəsini davam etdirəcək.