“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirməyə davam edir.

Rekord.az xəbər verir ki, sözügedən klub növbəti transferini reallaşdırıb.

Müdafiəçi Arsen Ağcabəyov mövsümün sonuna qədər bu komandada çıxış edəcək.

Xatırladaq ki, I Liqa klubu daha öncə Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu heyətinə qatıb.