"Şamaxı"dan kənarlaşdırılan futbolçular başqa kluba keçə bilər?
- 02 Yan 2025 15:00
- 479
Məlum olduğu kimi, Adil Nağıyevlə Georgi Kantariya şübhəli oyunlarda iştirak şübhəsi ilə "Şamaxı"dan kənarlaşdırılı və hazırda da bu futbolçularla bağlı AFFA-da araşdırma gedir, məsələyə hüquq-mühafizə orqanları da cəlb olunub.
Rekord.az xəbər verir ki, indiki durumda adı çəkilən futbolçuların futbola davam edib-etməyəcəyi, hansısa klubla danışıq aparıb-aparmayacağı sual doğuran məqamdı
Kantariya hazırda vətəni Gürcüstandadır. Adil isə Azərbaycandadır və bir ara adı "Kəpəz"lə hallanırdı. Bizdə olan məlumata görə, bu futbolçuların indiki durumda futbolla məşğul olması ilə bağlı konkret qadağa yoxdur. Çünki araşdırma gedir və ortada konkret qərar yoxdur. Təbii ki, qərar yoxdursa və futbolçuların günahları sübuta yetirilməyibsə, onlara futbol oynamaq qadağası qoymaq da hüquqi baxımdan düzgün deyil. Yəni indiki vəziyyətdə bu futbolçuların hansısa klubla danışıq aparmasında hüquqi baxımdan heç bur problem yoxdur.