“Şamaxı” yeni mövsümdən öncə heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Rekord.az xəbər verir ki, əyalət klubu ölkənin perspektivli gənclərindən, sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Neftçi”nin əvəzedicilərdən ibarət komandasından gəlmiş Abbasovla 2 illik müqavilə imzalanıb.

“Şamaxı” daha öncə Adil Nağıyev, Rafael Məhərrəmli və İlkin Muradovu da transfer etmişdi.