“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.


Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.


22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.