"Şamaxı"dan Vəli Qasımov xəbərinə reaksiya
- 27 Noy 2023 11:00
- 1530
Son günlər mətbuatda Vəli Qasımovun "Şamaxı"nın yeni baş məşqçisi olacağına dair məlumatlar yayılıb.
Rekord.az məsələ ilə bağlı klubdan münasibət öyrənib.
Saytımıza açıqlama verən "Şamaxı"nın meneceri Kamran İsmayılov məsələyə belə münasibət bildirib: "Bu və bu tip məsələlərlə bağlı bizim öz strategiyamız olub. Hansısa məsələ ilə bağlı tam dəqiq məlumat olandan sonra onu ilk olaraq klubun rəsmi səhifəsində yerləşdiririk. Əvvəl də belə olub, bu gün də belədi, gələcəkdə də belə olacaq. Mətbuatda haqqımızda yazılan müxtəlif tip xəbərlərə ayrı-ayrılıqda münasibət bildirmirik. Bəzən mənim özüm haqda elə xəbərlər paylaşırlar ki... Şamaxıda ola-ola yazırlar ki, Bakıda filankəslə oturmuşam (gülür). Mən də durub hər bu cür xəbərə ayrılıqda münasibət bildirsəm, bu da iş olmayacaq. Baş məşqçi məsələsi ilə bağlı sualınıza cavab olaraq, bir daha bildirirəm ki, məsələ dəqiqləşən kimi, klubun rəsmi səhifələrində dərhal bununla bağlı rəsmi məlumat yerləşdiriləcək".