“Şamaxı” növbəti mövsüm ərəfəsində heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Rekord.az xəbər verir ki, geridə qalan mövsümdə komandanın kapitanı olan Emin Zamanovla yeni müqavilə imzalanıb.

Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək.

Əyalət klubu daha öncə Səbayıl Bağırov və Abdulla Seydəhmədovla da yeni müqavilə bağlamışdı.