![photo](https://www.rekord.az/storage/uploads/4/arsen-2.jpg)
"Şamaxı"iki futbolçusunu da itirdi
- 12 İyl 2023 12:00
- 814
Yeni mövsümdən I Liqada iddialı olaraq yenidən Premyer Liqaya qayıtmağı hədəfləyən "Şamaxı" daha iki aparıcı futbolçusunu itirib.
Rekord.az xəbər verir ki, Premyer Liqada komandanın düşərgəsində yer almış Arsen Ağcabəyovla Əli Əliyev Şamaxı klubunun düşərgəsini tərk edib.
Maraqlıdır ki, onlar hansısa elita təmsilçisinə yox, başqa bir I liqa təmsilçisi "İrəvan"a üz tutublar. Hər iki futbolçunun bu klubla 1 illik müqavilə bağlayacağı gözlənilir.