"Şamaxı"nın rəhbəri niyə Tovuzda qaldı?
- 23 Sen 2024 15:00
- 209
Ötən gün Tovuzda oynanılan "Turan Tovuz" - "Araz Naxçıvan" oyununu izləyənlər arasında "Şamaxı"nın idarə heyətnin sədri Elçin Usub da var idi.
Rekord.az xəbər verir ki, bir gün öncə "Şamaxı" məhz Tovuzda "Kəpəz"in qonağı olub 2:0-lıq qələbə qazanmışdı.
Oyundan sonra komanda geri dönsə də klub rəhbəri Tovuzda qalıb "Turan Tovuz" - "Araz Naxçıvan" oyununu da izləməyə qərar vermişdi. Qeyd edək ki, Elçin bəy özü də əslən tovuzludur. Bu mənada doğma rayonunda aha bir gün qalması normaldı. İkinci tərəfdən, "Şamaxı" növbəti turda məhz "Turan Tovuz"u qəbul edəcək ki, Usub həm də növbəti turdakı rəqiblərinin oyununu da canlı izləmiş oldu.