“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 17-ci turunun açılış matçında “Şamaxı”nın qonağı olub.


Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra Bakı klubunun baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib. Hüseynov oyunun hər iki komanda üçün vacib olduğunu bildirib:


“Oyun hər iki komanda üçün vacib idi. Sonuncu pillədəyik. Şamaxıya qələbə üçün gəlmişdik. Baxmayaraq ki, bir xalla qayıdırıq. Meydançanın durumu yaxşı deyildi. Snoptiklər öncədən məlumat vermişdi. Buna görə, düşünürəm ki, əvvəlcədən qarı təmizləmək olardı. Bir xalla geri dönürük, çox istərdim ki, qələbə qazanaq”.