Abşeron Olimpiya İdman Kompleksində sambo üzrə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında paytaxt birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən Ziyəddin Zeynallı (53 kq), Nihad Rəhimov (58 kq), Nicat Rəhimov (64 kq), Ricat Nadirov (71 kq), Nicat Sultanov (79 kq), Tuncay Şamil (88 kq), Fərəc Gözəlov (98kq), Toğrul Məmmədzadə (+98 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.

Qeyd edək ki, yarışlarda paytaxtın idman cəmiyyətləri və klublarından 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.