Samet Aybaba Azərbaycan millisinə baş məşqçilik edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA ilə danışıqlar apardığını təsdiq edib:

"AFFA-nın mənimlə maraqlandığı düzdür. Görüşlərimiz də olub. Amma hələlik rəsmi müqavilə yoxdur. Danışıqlarımız davam edir".

Samet Aybabanın son iş yeri "Adana Demirspor" olub.