"Neftçi"yə yeni baş məşqçi təyin olunan Samir Abasov demək olar ki, "Sumqayıt"dakı heyətini də bura gətirib.

Rekord.az xəbər verir ki, Seymur Rəhimov, Mübariz Orucov və Vəfədar Quliyev də "ağ qaralar"da Abbasova kömək edəcək.

Yeganə açıq qalan məsələ qapıçılarla işləyən məşqçidir. Əslində Abasov "Sumqayıt" komandasında yer alan Anar Niftəliyevi də "Neftçi"yə aparmaq istəyir. Lakin klub tərəfindən ona Etibar Tarverdiyev də təklif olunub. Belə olan halda, Abasov çətin vəziyyətdə qalıb. Amma həftə içi bu məsələ də öz həllini tapmalıdır.