«Neftçi»nin baş məşqçisi Samir Abasov Füzuli Məmmədovun daha bir kadrının «qələmini qırıb».

Rekord.az xəbər verir ki, yeni çalışdırıcı Mario Kastelyanonun xidmətinə maraq göstərmir.

Fiziki hazırlıq üzrə məşqçinin işini gözdən keçirən Abasov razı qalmayıb və artıq rəhbərliyə bununla bağlı fikrini bildirib.

O, ispaniyalı yardımçının dekabrın sonunda birdəfəlik yola salınmasını tapşırıb. Bir müddət əvvəl işə başlayan mütəxəssis həmin tarixədək öz kadrını görəvə gətirəcəyini söyləyib.

Kastelyano heç 1 il deyil ki, «Neftçi»dədir. O, klubun tərcüməçisi Vüqar Əliyevin vasitəsilə bura gəlib. İspaniyalının vaxtilə «Bakı»da da çalışdığını xatırladaq.

Futbol ictimaiyyəti arasında daha çox «makler Vüqar» kimi tanınan Əliyev onu elə paytaxtın digər təmsilçisindən tanıyır. Milinko Pantiçin vaxtında az da olsa, bir yerdə işləyiblər. (sportinfo.az)