“Neftçi”nin baş məşqçisi Samir Abasovun “Qarabağ”la matçdan sonra ixtiyarındakı yerli futbolçuları psiləməsinin səbəbi məlum olub.

Rekord.az xəbər verir ki, derbidəki 0:4 hesablı məğlubiyyəti fürsət bilən çalışdırıcının, əslində, 2 legionerin milliləşdirilməsi üçün bir müddətdir iş apardığı bilinib.

Demə, o, hələ aylar öncə klub rəhbərliyindən Vojislav Stankoviçlə Sezar Meza Kollinin məsələsini həll etməyi istəyib.

Abasov dəfələrlə bu söhbəti qaldırıb, serbiyalı və paraqvaylı oyunçuların yerli statusu almasına təşəbbüs göstərilməsini təklifini irəli sürüb. (sportinfo.az)