Yaxınlarda "Zirə"nin baş məşqçi postundan istefaya göndərilən Samir Abasov AFFA-dan iş istəyib. 

 

Rekord.az xəbər verir ki, sportinfo.az-a bu barədə məlumat federasiyadan daxil olub.

 

Redaksiyamıza bildirilib ki, o, bu məqsədlə Elxan Məmmədovla görüşüb. Abasov baş katiblə söhbətində işsiz qalmağın ona çətinlik yaratmasından söz açıb və kömək istəyib.

 

Elxan Məmmədov bu məsələdə yardımçı olmağa çalışacaqlarını deyərək, gənc çalışdırıcıya bir qədər gözləməyi məsləhət görüb.