Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda «Zirə»yə məğlubiyyət (0:1), gözlənildiyi kimi, «Neftçi»nin düşərgəsində gərginliyi artırıb.

Rekord.az sportinfo.az-a istinadla məlumat verir ki, klub rəhbərliyi ilə baş məşqçi arasında ciddi problemin yaranmasını böyük təəssüf hissi ilə qeyd etməliyik.

Belə ki, matçdan sonra Kamran Quliyev paltardəyişmə otağına gələrək, futbolçularla söhbət etmək istəsə də, Samir Abasov prezidenti və onunla bərbər gələnləri içəri buraxmayıb. O, «görürsən ki, özüm onlarla danışıram» deyərək, qapını rəsmilərin üzünə bağlayıb.