"Neftçi"nin kapitanı Emin Mahmudov yeni təhlükə ilə üzləşib.

 

Rekord.az xəbər verir ki, baş məşqçi Samir Abasov ona etimad bəsləmir.

 

Komandanın sükanı arxasında Füzuli Məmmədovu əvəzləyən mütəxəssis yarımmüdafiəçinin onun oyun üslubuna uyğun gəlmədiyi fikrindədir. Abasovun qənaətinə görə, Mahmudov ləngdir və hücumların sürətini azaldır. Digər tərəfdən, o, topsuz epizodlarda az hərəkət edir, müdafiənin köməyinə gəlmir. Bütün bunları nəzərə alan çalışdırıcı qış fasiləsində bu ayrığın reallaşmasına tərəfdardır. Yəni, Emin getmək istəsə, ona «yox» deməyəcək. Abasovun indidən axtarışa çıxdığı 3 əsas mövqedən biri də Mahmudovun yer aldığı zonadır. O, həmin yerə legioner gətirmək istəyir. (sportinfo.az)