Stiv Monrozun “Neftçi”dəki gələcək taleyi hələlik naməlum olaraq qalır.

Rekord.az xəbər verir ki, bir neçə ay öncə onun komandadan ayrılacağı daha çox gündəmdə idisə, hazırda vəziyyət fərqlidir.

Sızan məlumata görə, baş məşqçi növbəti mövsüm üçün Monrozun xidmətində maraqlıdır. Bildirib ki, fransalı futbolçu forma yığsa, “Neftçi”yə çox kömək edə bilər. Bununla belə, məsələ ilə bağlı yekun qərar mövsümün sonunda veriləcək.