"Neftçi"nin yeni baş məşqçisi Samir Abasov məşq proqramında da dəyişiklik edib.

Rekord.az xəbər verir ki, Füzuli Məmmədovdan fərqli olaraq, o, gündəlik bir məşqlə kifayətlənir.

Bundan başqa, məşqlərdə fiziki yükü də azaldaraq daha çox texnikaya üstünlük verir. Bu isə futbolçuların ürəyincədir.

Qeyd edək ki, sabiq baş məşqçi Füzuli Məmmədov gündəlik iki məşq və daha çox fiziki yüklənmə ilə yadda qalırdı ki, bu da futbolçuların narazılığına səbəb olurdu.