Samir Abasov onu da "Neftçi"də görmək istəmir?
- 28 Dek 2020 11:00
- 951
Prins İbaranı vaxtından əvvəl "Neftçi"dən göndərməyə nail olan SamirAbasov daha bir legionerin adını klub rəhbərliyinə təqdim edib.
Rekord.az-ın məlumatına görə, baş məşqçi Saman Nəriman Cahanın xidmətində maraqlı olmadığını bildirib.
O, bu ilin yanvarında 1,5 illik müqaviləyə imza atan, transferi kifayət qədər söz-söhbət doğuran 28 yaşlı yarımmüdafiəçinin gələcək planlarına daxil olmadığını açıqlayıb.
Abbasovun fikrincə, bu keçid uğursuz seleksiya işinin nəticəsidir və iranlının səviyyəsi "Neftçi"nin formasını geyinməyə çatmır,
"Maşinsazi”nin (2016-2017, 2019) kapitanı olmuş Saman İranın "Naft Tehran” (2012-2013), "Gostareş Fulad” (2012-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib.
İran çempionatının qalibi (2017) olmuş futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.