Samir Abasov onu "Neftçi"də görmək istəmir
- 13 Mar 2021 14:00
- 1121
Anton Krivatsyuk mövsümün sonunda "Neftçi"dən ayrıla bilər.
Rekord.az-a daxil olan məlumata görə,baş məşqçi Samir Abasov ukraynalı futbolçunun oyununda razı deyil.
Hətta növbəti mövsüm üçün tərtib edəcəyi oyun sxemində Antonu görmür. Amma təbii ki, qərar birbaşa verilməyəcək çünki klub rəhbərliyi ilə də məsləhətləşmək lazımdır. İş ondadır ki, Anton həm də milli üzvüdür və milli üzvü olan bir futbolçunun anidən klubsuz buraxılması AFFA-nın da ürəyincə olmaz.