Samir Abasov onun "Neftçi"yə qaytarılmasını istəyir
- 19 Dek 2020 13:00
- 861
«Neftçi»nin baş məşqçisi Samir Abasov klub rəhbərliyi qarşısında yeni məsələ qaldırıb.
Rekord.az-ın məlumatıına görə, o, Rəhman Hacıyevin «Keşlə»dən geri qaytarılmasını istəyib.
Gənc mütəxəssis bildirib ki, yarımmüdafiəçinin yayda paytaxtın digər təmsilçisinə icarəyə verilməsi səhv addımdır və indi komandada onun yeri görünür.
«Ağ-qaralar» müqavilə müddətini 1 il artıraraq, Hacıyevi «Keşlə»nin sərəncamına göndərib. Razılaşmaya əsasən, bəstəboy oyunçu bu gün əməkhaqqısının 10 min manatını «Neftçi»dən alır. Yerdə qalan 7000-i isə «Keşlə» verməkdədir. (sportinfo.az)