
Samir Abasov rəhbərliyə yeni siyahı təqdim edib
- 2022-11-18 15:00
- 454
Qış transfer dönəmində "Sumqayıt"da ciddi dəyişikliklər gözlənilir.
Rekord.az xəbər verir ki, baş məşqçi heyətdə görmək istəmədiyi10-a yaxın futbolçunun siyahısını rəhbərliyə təqdim edib.
Saytımıza daxil olan məlumata görə, Abasov "Sumqayıt"da görmək istədiyi futbolçuların da siyahısını hazırlayır. Bu siyahıda əcnəbilər üstünlük təşkil edir. Hazırda 3-4 legioner futbolçu var ki, Abasov onları yaxından izləyir və adlarını klub prezidenti Riad Rəfiyevə təqdim edib