Deyəsən, Samir bəy uğursuz nəticələrdən sonra qışı gözləmək fikrincə deyil.

Rekord.az xəbər verir ki, təxminən bir ay öncə Aleksey Baqanın dönəmində heyətə cəlb olunan Oure-Nil Tureni yola salmağı lazım bilən 44 yaşlı mütəxəssis daha futbolçu ilə vidalaşıb.

Baş məşqçi bu dəfə Araz Abdullayevin xidmətindən imtina edib. Kluba yaxın mənbələrdən "Futbol plus"a daxil olan məlumata görə, Abdullayevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Maraq üçün qeyd edək ki, Abdullayev "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin futbolçusu kimi tanınır və ona məxsus olduğu deyilən şirkətin futbolçusu kimi. qeydiyyatdan keçib.