Premyer Liqa klublarında get-gedə artan koronavirus bəlası "Neftçi"dən də yan keçməyib.

Rekord.az xəbər verir ki,  "ağ-qaralar"da 6 yeni yoluxma faktı qeydə alınıb.

Əldə etdiyimiz son məlumata görə, baş məşqçi Samir Abasov, eləcə də Mamadu Mbodj, Voyislav Stankoviç, Fəhmin Muradbəyli, Sabir Buqren və Kamran İbrahimov və Mert Çelikdə də koronavirus aşkarlanıb.

Adları çəkilən şəxslərin ilk testi pozitiv çıxıb. Yaxın günlərdə onlardan növbəti test götürüləcək. Cavablar yenidən pozitiv çıxarsa, onlar "Sabah"a qarşı matçda "Neftçi"yə kömək edə bilməyəcək.

Qeyd edək ki, buna qədər Krivatsyuk, eləcə də məşqçilər Vəfadar Quliyevlə Etibar  yevdə də koronavirus aşkarlanmışdı.