Samir Abasov: “Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular”
- 02 Okt 2021 21:55
- 457
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün Vüsal Əsgərov hansısa başqa səbəbdən oynamırdı. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün meydana çıxıb. Onun bu cür oyunlarda təcrübəsi yox idi.
Bu gün heyəti meydan amilinə görə də qurmuşduq. Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun tempi aşağı düşürdü.
Oyunun sonlarında futbolçularda özünə arxayınlıq oldu. Meydana çıxan futbolçular da qol vurmaq istəyir. Rəqib son dəqiqələrdə çox qüvvə ilə irəli atıldı. Meydana sonradan daxil olanlar ancaq irəlini düşünürdülər.
Mert Çelik və Emin Mahmudov yığmaya çağırılıb. Milliyə kimlərin çağırılma ehtimalı olduğunu bilirik. Əcnəbi oyunçuların bir neçəsi öz milli komandalarına dəvət alıb”.