"Qəbələ"nin baş məşqçi postunda yenidən dəyişiklik edilə bilər.

 

Rekord.az xəbər verir ki, buna səbəb nəticələr və komandanın turnir cədvəlindəki mövqeyidir.

 

Rəhbərlik Sənan Qurbanovu istefaya göndərdikdən sonra vəziyyətin düzələcəyinə ümid etsə də, hər şey daha da pis olub və "Qəbələ" artıq sonuncu pilləyə düşüb. Komanda 5 oyundur ki qələbə üzü görmür. Məhz bu durum yeni məşqçi məsələsini gündəmə gətirib. Daxil olan məlumata görə, "Qəbələ"nin günəmindəki ilk şəxs Samir Abasovdur. "Zirə"dən ayrılan məşqçi hazırda işsizdir. Məlum məsələdir ki, özünü sübut etmək üçün alışıb-yanır. Bu mənada "Qəbələ" onun üçün münasib seçim olar. "Qəbələ"nin növbəti iki turdakı uğursuzluğu bu təyinatı tezləşdirə bilər.