Samir Abasovun "Zirə"dən gönərilməsinə dair maraqlı məlumat əldə etmişik.

 

Rekord.az-a verilən məlumata görə, bu işdə AZAL-ın sabiq prezidenti Fikrət Hüseynovun da rolu var.

 

Bildiyiniz kimi, Hüseynov "Zirə"nin boş olan prezident postuna əsas namizəddir. O isə Abasovla işləmək istəmir. Güman ki, Hüseynovun ağlında tutduğu məşqçi var. Məhz bu səbəbdən də Abasovun komandadan göndərilməsini istəyib və təsisçilər də onun sözünü yerə salmayıb.