“Neftçi” Samir Abasovla müqavilə müddətini uzadıb.

Rekord.az xəbər verir ki, müqavilənin müddəti 1+1 illikdir.

Rəhbərlik həmçinin Abasovun əməkhaqqısını da artırıb.

O, bundan sonra əvvəlkindən iki dəfə çox maaş alacaq. Konkret rəqəm açıqlanmasa da, qeyri-rəsmi bilgiyə görə, baş məşqçinin məvacibi 20 min manat civarında olacaq. (sportinfo.az)