“Neftçi”də qapıçı problemi aktual olaraq qalır.

Rekord.az xəbər verir ki, Aqil Məmmədovun zədələnməsindən sonra baş məşqçi Samir Abasov bu məsələni rəhbərlik qarşısında növbəti dəfə qaldırıb.

Əslində əcnəbi qapıçı axtarışı hələ may ayından davam edir. Lakin sonradan rəhbərlik bu axtarışa ara verdi. Çünki transfer etmək istədikləri qapıçıların yüksək maaş tələbi onları geri addım atmağa məcbur edirdi. Amma indi vəziyyət çətindi. Komandanın ən pis halda Konfrans Liqasının qrupuna düşməsini istəyirlərsə, daha səviyyəli və təcrübəli qapıçının alınması şərtdir.