"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"la oyundan sonra yerli futbolçularla bağlı tətbiq edilən limitlə bağlı öz narazılığını bildirmişdi.

Məhz bundan sonra mövzu ilə bağlı futbol ictimaiyyətindən reaksiyalar gəlməyə başladı.

Əksəriyyət Abasovun təklifinə qarşı çıxdı və milli komanda naminə limitin vacibliyini önə çəkdi.

Onların arasında digər klubların baş məşqçiləri, yəni Abasovun həmkarları da vardı.

Bu gün "Sabah"la baş tutan oyundan sonrakı mətbuat konfransında gənc çalışdırıcı növbəti dəfə limit məsələsinə qayıdıb və bu dəfə ona qarşı çıxanların "bostanına daş atıb".