![photo](https://www.rekord.az/storage/uploads/4/samir-12.jpg)
Samir Abasovla Honda arasında kəsiləm şərt
- 22 Mar 2021 14:00
- 1097
Hondanın “Neftçi”yə transferi zamanı müzakirə olunan məsələlərdən biri də yaponiyalı ulduzun Samir Abasovla necə yola gedəcəyi, eyni zamanda əsas heyətdə daimi oynayıb-oynamaması ilə bağlı idi.
Rekord.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi yapon futbolçu ilə bu məsələ barəsində şərt kəsib.
Yəni Hondanın adı, statusu klubun hazırda qaydasında gedən işini pozmamalıdır. Baş məşqçi rəhbərliklə də bu barədə danışıb. Çünki “Neftçi” liderdi, Abasov oturuşmuş heyət formalaşdırıb. Hazırda əsas məqsəd də bu düzəni qaydasında saxlamaqdı. Hondanı məcbur əsas heyətə daxilı edib düzənin pozulması komandanı çempionluqdan edə bilər. Odur ki, kəsilən şərt belə olub: Honda yalnız yaxşı formada olacağı və haqq edəcəyi halda əsas heyətdə oynayacaq.