Samir Abasovu dəstəklədiyi üçün "Zirə"də sıxışdırılır
- 12 Noy 2019 12:00
- 1161
"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov Xulio Sezar Rodrigesi cəzalandırıb.
Rekord.az-ın məlumatına görə, buna səbəb paraqvaylı hücumçunun mətbuata dediyi sözlərdir.
Belə ki, cənubi amerikalı legioner "Sumqayıt"la 2:2 bitən matçdan sonra "Qışa qədər gözləmək, Samir Abasova vaxt vermək olardı" açıqlamasıyla gündəmə gəlib.
Futbolçunun rəhbərliyin işinə qarışması onun "Qarabağ"la ötən gün keçirilən oyunu kənardan izləməsiylə nəticələnib.
"Zirə" rəsmiləri paraqvaylının zədəyə görə iştirak ərizəsinə düşmədiyini söyləsələr də, bu, əsl məqsəddən yayınmaq mahiyyəti daşıyır. (sportinfo.az)