![photo](https://www.rekord.az/storage/uploads/5/samir-abasov-2.jpg)
Samir Abasovun 150-ci sınağı
- 26 Apr 2021 17:45
- 580
“Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.
Rekord.az xəbər verir ki, bu, Premyer Liqanın 24-cü turunun “Sabah”la görüşünə təsadüf edib.
2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”ni çalışdıran Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda baş tutub.
Qeyd edək ki, mütəxəssis “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.