Samir Abasovun bu istəyi də oldu
- 23 Okt 2024 15:00
- 3376
"Neftçi"yə baş məşqçi təyin olunan Samir Abasov "Sumqayıt"dakı köməkçilərini də özü ilə paytaxt klubuna aparmışdı.
Rekord.az xəbər verir ki, yalnız qapıçılarla işləyən məşqçi məsələsi açıq qalırdı.
Çünki klub Etibar Tarverdiyevi təklif etsə də, Abasov bu posta "Sumqayıt"da onunla çalışmış Anar Niftəliyevi aparmaq niyyətində idi. Məhz bu məsələ bir müddət açıq qalmışdı. Nəhayət, burada da Abasovun dediyi olub və sözügedən posta Niftəliyevin təyinatı təsdiqlənib.