Samir Abasovun işinə müdaxilə edən "Neftçi" rəsmisi
- 04 Sen 2021 15:00
- 921
“Neftçi”nin Müşahidə Şurasının üzvü, SOCAR-ın Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhramanov baş məşqçi Samir Abasov arasında münasibətlər yaxşı deyil.
Rekord.az-a daxil olan məlumata görə, buna səbəb Qəhrəmanovun Abasovun işinə yerli-yersiz müdaxilə etməsidir.
Transferlərdən tutmuş, heyət məsələsinə kimi. Bu isə baş məşqçinin xoşuna gəlmir. Nəticədə tərəflər arasında münasibətlər gərginləşir. Deyilənə görə, yay transfer dönəmində Qəhrəmanov öz xətti ilə "Neftçi"yə iki legioner təklif edib. Lakin Abasov onları bəyənməyib və komandaya götürməyib. Bu isə Qəhrəmanovun xoşuna gəlməyib və arada soyuqluq yaranıb. Komanda uğursuz çıxış edincə, klub rəsmisinin də baş məşqçinin yanında dili uzanıb.
Maraq üçün deyək ki, Qəhrəmanov "Neftçi"nin “Qarabağ”a 1:0 hesabı ilə qalib gələrək çempion olduğu matçın son dəqiqələrində VİP-lojadan texniki zonaya tərəf qışqıraraq, “Samir, sənə demədim ki, o futbolçunu dəyiş? Tez ol!” deyib. Həmin vaxt o səs kameralara da düşüb. Lakin sonradan səsli görüntülər klubun “youtube” kanalından silinib.