Xəbər verdiyimiz kimi, "Neftçi"nin müşahidə şurası toplantı keçirərək baş məşqçi Samir Abasova dəstək nümayiş etdirib və onun postunda qalmasına qərar verib.

Lakin Rekord.az-a daxil olan məlumata görə, toplantı əslində gözdən pərdə asmaq üçündür.

Düzdür, Abasovun postunda qalmasına qərar verilib. Lakin bu. sumqayıtlı məşqçinin postunda rahat oturması anlamına gəlmir. Yayılan bəyanatın əksinə olaraq, Abasova qışa kimi vaxt verilibə. Yəni qış fasiləsinə kimi keçiriləcək 3 tur həlledici olacaq. Əgər bu 3 turda da vəziyyət düzəlməsə, ilin sonunda baş məşqçinin istefası müzakirəyə çıxarıla bilər.