Samir Abasovun gəlişindən sonra "Neftçi"də heyətlə bağlı dəyişikliklərin olacağı gözlənilən idi. Hətta sumqayıtlı məşqçinin siyahı hazırladığını da xəbər vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, Abasovun göndərəcəyi futbolçulardan birinin adı məlumdur.

Söhbət Mbodj Mbojdan gedir. Belə ki, Abasov onu gələcək planlarına daxil etmir və qışda özünə yeni komanda tapmaq tapşırığı verilib.