Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Gürcüstan çempionu "Dinamo" Tbilisi ilə qarşılaşacaq "Neftçi"nin qarşısına konkret şərt qoyulub.

Rekord.az-a daxil olan məlumata görə, klub prezidenti Kamran Quliyev baş məşqçi Samir Abasova bu mərhələni keçməli olduğunu bildirib.

Yəni əgər komanda mərhələni keçə bilməsə və mübarizəni dayandırsa, Abasov "Neftçi"dən göndərilə də bilər.