Samir Əliyev: “Bu toplanış millinin xeyrinə oldu”
- 27 Yan 2020 22:00
- 838
Azərbaycanın U-19 milli komandasının baş məşqçisi Samir Əliyev bu gün Türkiyənin Antalya şəhərində Şimali Makedoniya yığmasına qarşı keçirdikləri növbəti yoldaşlıq oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“10 günlük təlim-məşq toplanışında sonuncu oyunumuz idi. Şimali Makedoniya yığması ilə ilk qarsılaşmadan fərqli olaraq, bu dəfə əsas heyətdə yeddi dəyişiklik etmişdik. Sevindirici haldı ki, məğlub olmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazandılar. Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış bizim xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdı”.