İTV-də yayımlanan 3D layihəsinin növbəti buraxılışının qonağı AFFA-nin keçmiş vitse-prezident və baş katibi Fuad Əsədov olub.

Rekord.az xəbər verir ki veteran futbol funksioneri verilişdə kifayət qədər maraqlı fikirlər səsləndirib, milli komandamızın sabiq futbolçuları - Zaur Tağızadə ilə Samir Əliyevi sərt tənqid edib, sonuncunun barəsində isə ittiham səsləndirib.

Əsədov deyib ki, o zaman Rusiyada - Volqoqradda legioner həyatı yaşayan Əliyev millimizin İsraillə AÇ oyunu qabağı ondan ev tələb edib: "Mənə dedi ki, Rusiyada oynayıram, ancaq Bakıda evim yoxdur. Mən getmirəm, mənə ev verin, sonra oynayım".