“Sampdoriya” koronavirus zəfərini rəsmən açıqladı
- 24 Apr 2020 13:41
- 656
İtaliyanın “Sampdoriya” klubunda koronavirusa yoluxan bütün futbolçular sağalıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, klubda koronavirus testi müsbət çıxan bütün futbolçular və məşqçilər tamamilə sağalıb. Onlardan götürülən sonuncu analizlərin cavabı mənfi çıxıb.
“Sampdoriya”da daha öncə 15 nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı. Onların arasında futbolçular Manolo Qabbyadini, Albin Ekdal, Antonino La Qumina, Morten Torsbi, Yakub Yankto, Fabio Depaoli və Bartoş Bereşinski də var idi.