“Sampdoriya”da koronavirusa yeni yoluxma
- 03 Mar 2021 19:49
- 702
İtaliyanın “Sampdoriya” klubunun bir üzvündə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Sampdoriya”da koronavirusa yoluxan şəxsin adı və vəzifəsi açıqlanmayıb. Testi pozitiv çıxan şəxs karantinə alınıb.
“Sampdoriya” İtaliya A Seriyasının 25-ci turu çərçivəsində bu gün səfərdə “Cenoa” ilə qarşılaşacaq. Oyuna saat 23:45-də start veriləcək.