“Sampdoriya”nın 15 üzvü koronavirusa yoluxdu
- 19 Mar 2020 15:20
- 655
İtaliyanın “Sampdoriya” klubunun 15 üzvündə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Yakub Yankto Çexiya mətbuatına açıqlamasında deyib. O, komandanın artıq 15 üzvünün koronavirusa yoluxduğunu və bu sayın arta biləcəyini bildirib.
“Sampdoriya”da əvvəl komandanın 7 üzvündə koronavirus aşkarlandığı açıqlanmışdı.
İtaliyada koronavirus pandemiyasından ölənlərin sayı 2978 nəfərdir.