“Sampdoriya”nın futbolçusu koronavirusa yoluxdu
- 25 Mar 2020 22:42
- 642
İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Edqar Barretonun koronavirus testi müsbət nəticə verib.
Rekord.az "Football Italia"ya istinadən xəbər verir ki, 36 yaşlı paraqvaylı yarımmüdafiəçinin xəstəliyə həyat yoldaşı ilə birgə yoluxduğu müəyyənləşib. Hər iki şəxs dərhal karantinə alınıb.
Daha əvvəl komandanın digər oyunçusu Yakub Yankto klubda 15 nəfərin testinin müsbət nəticələndiyini açıqlamışdı.